Xidmətlər

İnteraktiv 3D dizayn

Interyerin, eksteryerin və ya landşaft sahələrinin 3D dizaynına istənilən bucaqdan müşahidə aparmaq imkanı, bir çox sualların tam və dəqiq cavablanmasını təmin edir. Baxış prosesi, tam məhdudiyyətsiz istiqamətlərdə, sərbəst hərəkətin şəxsi istəklə idarə olunması üsulu ilə həll edilir. İnteraktiv 3D dizayn xidmətindən yararlanan hər kəsi, kameranın ən baxımlı rakurslardan müşahidəsi animasiyasını, bonus olaraq MP4 formatında yüksək keyfiyyətlə təqdim edirik. İnteraktiv 3D dizayndan istifadə üçün yararlı platformaların siyahısı smartfon, planşet, kompüter, VR eynək, WEB brauzerdə



Xidmət üzrə əlavə imkanlar:
- hazır 3D layihələrin interaktiv formata çevrilməsi;
- layihənin sıfırdan 3D formatında yığılması və interaktiv formata keçirilməsi;
- 3D dizaynın hazırlanması və animasiyası;
- interaktiv dizaynda əlavə funksiyaların qurulması. Məsələn teksturaların, rənglərin və modellərin çeşid üzrə dəyişdirilməsi;

Back to Top