Xidmətlər

Forma / Töküm / Ştamplama

Formalar, tökmə və ştamplama təyinatına görə Silikon və Press Forma kateqoriyalarına bölünür. 

Silikon forma, az saylı istehsal tələbatı ərəfəsində yeni detalların  tez, ucuz və keyfiyyətli təkrərlanmasını təmin edir. Silikon formada, eboxit, polyester, poliuretan, beton, döşəmə qarışığı, tibbi gips, tikinti gipsi, korian daşı, şokolad və mus kimi materialların tökməsini etmək mümkündür. 

Sadalanmış materiallardan, dekorasiya elementləri, dipçək, suvenir, promo hədiyyələri, plastik detal, aksessuar, döşəmə və kərpic kimi tələbat duyulan məhsulların  tez müddət ərzində istehsalı mümkündür. Fərdi fantaziyaların gerçəkləşməsi tərəfimizdən dəstəkləni və alqışlanır. 

Press-forma, istiyə davamlı metaldan hazırlanır. Bu cür formanın təyinatı müxtəlif tərkibli və rəngli plastik materiallardan ştamplama üsulu ilə çoxsaylı məhsulların təkrarlanaraq istehsal olunmasıdır. 

Formaların və ya məhsulların hazırlanması ilə bağlı məlumatları (say, tələbləri tam əks edən texniki şərt) info@3dproduction.az ünvanına və ya WhatsApp: +994 55 299 99 50 nömrəsinə göndərin. 

Back to Top