Xidmətlər

Maketlərin hazırlanması

Kiçik miqyaslı maketlərin  hazırlanması, fəaliyyətin bir çox mərhələlərini asanlaşdırır. Məsələn, mənzillərin satış nöqtəsində layihə haqqında geniş və aydın məlumatla paylaşmaq üçün layihənin maketi ən vacib marketinq alətidir. Maketlər, investisiya məqsədli və ya katlavan mərhələsində olan layihələrlə bağlı  geniş məlumatın auditoriyaya çatdırılmasında mükəmməl vasitədir.

Maketlərin yığılması, yüksək dəqiqlik, memarlıq realizmi və mühəndis peşəkarlığı tələb edir. Məhz buna görə də istifadə olunan müasir avadanlıqlar siyahısına CNC, Lazer, 3D Printer, UVİ print, Roland kimi müasir texnologiyalar daxildirlər ki, bununla yanaşı 3D sahəsində, modelləşdirmə və istehsal həllərini təmin edən proqram çeşidləri istifadə edilir..     

Maketlərin növləri:
1. Klassik maket (masa üzərində tikili və müvafiq landşaft) 
2. İnteraktiv maket (LCD ekrandan ibarət masa üzərində tikilinin maketi, ekranda isə landşaftla bağlı bütün elementlərin animasiya formatı)
3. AR-də maket (smartfon və ya planşet vasitəsiylə əlavə reallıqda əks etdirilmiş ümumi layihənin əksi)


Gördüyümüz işlər 

Qeyd! Khazri Residence yaşayış kompleksinin prototipinin yaradılması yönündə keçirilən tenderdə, FMG məhz bizi seçdi . 

Back to Top