Faydalı məlumatlar

Interyerdə Antik (qədim) stil

Antik stil, qədim Yunanıstanda formalaşaraq daha sonra Roma İmperiyasına inteqrasiya etmişdir. Bu stildə düzbucaqlı böyük sahə istifadə olunur. İlk baxışdan məbəd və saray təsüratı yaradır. Rəng qammaları - parlaq sarı, açıq qəhvəyi, yaşıl və qeyd olunan rənglərin çalarları seçilir. Həmçinin qırmızı, qara və göy rənglərin ləkələrindən istifadə etmək olur. Gizli və yayılmış işıqlandırma üsulu qənaətbəxşdir. İnteryerin tamamlanmasında təbii daş, taxta, bürünc, keramika, uzunsov güldan, qobelen (senarili xalça), şamdan kimi material və elementlərdən istifadə olunur.

Back to Top