Faydalı məlumatlar

İnteryerdə Kolonial stil

Qərbin rahatlığını və şərqin ekzotikasını özündə cəmləşdirən Kolonial stilə, yaşayış sahəsində düz kənarlı əşyaları sevməyənlər üstünlük verirlər. İnteryerdə istifadə olunan rənglər şokolad, bişmiş torpaq, zeytun rənglərinin qırmızı, göy və sarı rənglərlə miksidir. Tünd mebelllər əl işi və ya əl işinin imitasiyası olmalıdır.
Mebellərin detallarında müəyyən özəlliklərə fikir verilməlidir məsələn oturacaqların dayaqları taxta əvəzinə şir pəncələri. İnteryerin tərtibatında çılçıraq, heyvanların suvenirləri, balışlar, dəri, güldan, əfsanəvi rəsm çərçivələri, təbii ev gülləri və s. elementlərdən istifadə olunur.

Back to Top