Faydalı məlumatlar

Interyerdə müasir istiqamət

Müasir interyer özündə Loft, Pop-art, Modernizm, Xay-tek, Eko, Minimalizm, Kantri kimi stilləri cəmləşdirir. Bu cür interyerə funksionallığı və sürəti sevən məqsədli insanlar üstünlük verirlər. Digər stillərə nisbətən Müasir interyerin tərtibatında minimal maliyyə və vaxt məsrəf olunur. İnteryerdə maksimum düzgün xətlər üstünlük təçkil edir. Rəng seçimində bir - birinə yaxın kontrastlardan (qara-boz, ağ-bej) istifadə olunur. Düz kənarlı mebellər, bəzi hissələrdə xrom rəngi, maksimum işıqlılıq və parlaq üzlüklər müasir interyerin əsas tərtib prinsipləridir. Həmçinin müasir interyerdə Ağıllı ev sisteminin konsepsiyasını da tətbiq etmək mümkündür.

Back to Top